Hücumdan sonra Zaporojye AES-dən açıqlama: Radiasiya varmı?
Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) mütəxəssisləri Ukrayna tərəfindən laboratoriya binasına və radioaktiv tullantıların emalı obyektinə hücumların ardından təhlükəsizlik vəziyyətini gecə-gündüz izləyirlər.
Sitat.info xəbər verir ki, stansiyanın məlumatına görə, ərazidə radiasiya fonu normal səviyyədədir və təhlükəsizlik göstəriciləri daim nəzarətdə saxlanılır.
Stansiya-dan o da açıqlanıb ki, hücumlar nüvə təhlükəsizliyi baxımından risk yaratmasa da, atom elektrik stansiyasının obyektlərinin hədəfə alınması risk yaradır.
Qeyd edək ki, “Rosatom” rəhbəri Aleksey Lixaçov gecə saatlarında iki obyektin hücuma məruz qaldığını açıqlamışdı. Onlardan biri 4 və 5-ci enerji bloklarından cəmi 200 metr məsafədə yerləşir.
Aytac,
Sitat.info