Hörmüz boğazı ilə bağlı böhran: Qlobal ərzaq qıtlığı yarana bilər  

Hörmüz boğazı ilə bağlı böhran: Qlobal ərzaq qıtlığı yarana bilər  
Dünya 05 Oktyabr 2026 14:55

Hörmüz boğazındakı vəziyyət qlobal ərzaq təhlükəsizliyi böhranına səbəb ola bilər. 

Sitat.info xəbər verir ki, bu barədə “Wall Street Journal” Beynəlxalq Ticarət Palatasının baş katibi Con Dentona istindən yazıb. 

Məlumata görə, boğazdan yük daşımalarının azalması gübrə və təbii qaz tədarükünə təsir edib.

Denton bildirib ki, boğaz açılmasa, taxılın qiyməti 80 faizə qədər arta bilər. Hazırda dünya bazarında təxminən 2,7 milyon ton gübrə çatışmazlığı yarandığı qeyd olunur.

Beynəlxalq Ticarət Palatası BMT və Beynəlxalq Dəniz Təşkilatı ilə birlikdə boğazdan keçidə müvəqqəti nəzarətin BMT-yə verilməsi mexanizmi üzərində işləyir.

Lakin ABŞ və İran arasında razılaşmanın olmaması prosesə mane olur.

Aytac,

Sitat.info