Ceyranbatanda dəhşətli hadisə – Toyda döyülən kişi öldü
Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib.
Redaktor.az xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib.
1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüyü bildirilir.
Ağır vəziyyətdə olan C.Nəzərli təcili tibbi yardım maşını ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, bir neçə gün komada qalıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. C.Nəzərli bu gün xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.