Ermənistan bu Avropa ölkəsi ilə müdafiə sahəsində saziş imzaladı

Ermənistan bu Avropa ölkəsi ilə müdafiə sahəsində saziş imzaladı
Dünya 06 Oktyabr 2026 19:25
Ermənistan və Litva Müdafiə Nazirlikləri 2027-ci il üçün əməkdaşlıq proqramı imzalayıblar.

Sitat.info xəbər verir ki, sənəd İrəvanda "görülən işlərin nəticələrini" ümumiləşdirmək üçün keçirilən məsləhətləşmələr zamanı imzalanıb.

Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan litvalı həmkarlarına "ölkənin silahlı qüvvələrinin transformasiyası prosesi" barədə məlumat verib.