Tanınmış müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Tanınmış müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Dünya 08 Oktyabr 2026 19:29

Türkiyənin tanınmış müğənnisi Atilla Taşın qızı Sezen Taş Mersində yerləşən yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Sitat.info "Haber Global" telekanalına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində yerləşən istirahət kompleksində baş verib.

Daxil olan çağırış üzrə əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin keçirdiyi baxış zamanı Sezen Taşın hadisə yerində dünyasını dəyişdiyi müəyyən edilib. Dördpendirli pizza

Məsələ ilə bağlı istintaq-araşdırma tədbirlərinə başlanılıb./Oxu.az