Natiq Cəfərli Rövnəq Abdullayevin getməsindən danışdı: " SOCAR-ın çiynində böyük yüklər var"

16:41 10 Fevral 2022

"SOCAR-ın əsas problemi idarəetmənin qeyri-şəffaf olmasıdır. Həm ölkə daxilindəki, həm ölkə xaricindəki aktivlər qeyri-şəffaf şəkildə idarə olunurdu".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rövnəq Abdullayevin SOCAR rəhbərliyindən getməsini dəyərləndirərkən deyib.

O bildirib ki, bnu şirkətin ölkənin xaricindəki aktivlərin gəlirliliyi haqqında, o cümlədən xərcləri ilə bağlı məlumatlar yox idi: "Xərclərin dəyişdirilməsi ən azı şəffaflığın artırılmasına səbəb olacaqsa, xərclərin şişirdilməsi ilə bağlı pis praktikaya son qoyulacaqsa, təbii ki, müsbət addımdır. Ancaq biz həmin gənc kadrın və onun komandasının idarəetməsinin dəyərləndirilməsini bir müddətdən sonra dəqiq verə biləcəyik. Çünki əsas şəffaflıq problemdir".

İqtisadçı həmçinin vurğulayıb ki,  SOCAR-ın çiynində böyük yüklər var: "Təhsil müəssisələri , xəstəxanalar, parklar, idman qurğuları və sair. Çox güman ki, ilkin mərhələdə qurumun bu yüklərdən azad olunmasının da şahidi olmalıyıq. SOCAR optimallaşdırılmalıdır və şəffaflaşmalıdır".



Xəbər xətti