İnflyasiya əmanət faizlərindən daha yüksəkdir: "Bu rəsmən vətəndaşları dolamaqdır"

21:15 11 Fevral 2022

"Yanvar ayında rəsmi inflyasiya 12,5%, ərzaq inflyasiyası isə 17,1% olub – bir daha, bu hələ rəsmi rəqəmlərdir. Bahalıq insanları əzir, hər gün vətəndaş bunu öz güzaranında hiss edir, hökumət papağını qarşısına qoyub düşünməlidir – qiymət artımı, inflyasiya həyatı dözülməz edir"ş

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

İqtisadçı vurğulayıb ki, belə yüksək inflyasiyanın başqa fəsadları da var: "Banklarda vətəndaşlardan qəbul edilən depozitlərin faizləri 8-10 faizdir, inflyasiya isə 12,5 faiz, bu rəsmən vətəndaşları dolamaq, banklar vasitəsi ilə də ciblərinə girməkdir. Əgər inflyasiya səngiməsə vətəndaşlar depozitlərini banklardan çəkib dəyərsizləşdirməkdən qorumaq üçün başqa yollar axtarmağa başlayacaq, ölkədən kapitalı çıxartmağa çalışacaq, Türkiyə və Gürcüstanın əmlak bazarına yatırımlar artacaq. 2021-ci ildə Türkiyədə əmlak qiymətləri dollar ifadəsində 5-6%-ə yaxın artıb, Azərbaycan vətəndaşı ölkədə banklara manatla 8-9%-lə depozit qoyub, onu da inflyasiyanın yeminə çevirməkdənsə, sabit məzənnə rejimindən istifadə edib, manatını dollara çevirib Türkiyədən daşınmaz əmlak alması daha məntiqli olacaq.

Yəni, hökumətin inflyasiyanı cilovlaya bilməməsi həm vətəndaşları yoxsullaşdırır, həm də bank sisteminə ciddi stress yaradır...". 



Xəbər xətti