Koronavirusun Delta və Omikron variantarının kəskin yayılması səhiyyə sistemlərini ciddi imtahan qarşısında qoyur.
Sitat.info APA-ya istinadən xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus deyib.
“Mən çox narahatam ki, Delta və Omikron variantları sunami effekti yaradacaq. Bu da artıq yorğun düşmüş tibb personalına və çökmənin bir addımlığında olan səhiyyə sistemlərinə təzyiq yaradır” deyə, Baş direktor bildirib. Qebreyesus Delta və Omikron variantlarını “əkiz təhlükə” adlandırıb.