İtaliyanın cənubunda Neapol yaxınlığında kanat kabinəsinin yerə çırpılması nəticəsində 4 nəfər ölüb.
Sitat.info xəbər verir ki, Yerli mətbuatın məlumatına görə, qəza dağda baş verib.
Faito bölgəsində əlverişsiz hava şəraiti hökm sürürmüş. Hadisə yerinə gələn xilasetmə qrupları qəza nəticəsində bir nəfərin ağır yaralandığını və xəstəxanaya aparıldığını bildirib.
Eyni ərazidə asılı vəziyyətdə olan digər kanat kabinəsindəki 16 sərnişin təhlükəsizlik kəmərlərinin köməyi ilə təxliyə edilib.
Hadisə ilə bağlı araşdırma başladıldığı qeyd edilib.
Sitat.info