"Bu Rusiyanın yenidən Azərbaycan torpaqlarını işğal etməsinin sübutudur"- İsa Qəmbər Qarabağdan danışdı

19:22 18 Fevral 2022

"Bir həftədən sonra Xocalı faciəsinin 30-cu ildönümüdür. Xocalıda isə ermənilər rus ordusunun köməyi ilə at oynadırlar".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Press-Klub TV-də danışarkən deyib.

O, bildirib ki, rus əsgərinin nəzarətində olan torpaqlarımızda ermənilər müxtəlif qərarlar qəbul edirlər, addımlar atırlar: "Rusların köməyi , nəzarəti altında səngərlər qazır, yeni müdafiə xətləri qururlar. Heykəllər ucaldırlar, rus icması yaradırlar. Xankəndidə binalar tikirlər. Biz vaxtında üçtərəfli bəyanat imzalanada bunu dedik. Dedik ki, qələbəyə sevinirik, amma Rusiya əsgərinin yenidən Azərbaycana gəlməsi ölkənin suverenliyinə təhdiddir. İndi bu problemlər yaşanır".

İsa Qəmbər Azərbaycan maşınlarının Kəlbəcərə getməsinin qarşısının alınmasına diqqət çəkib:

"Sülhməramlılar maşınları yoxlayırlar. Halbuki onların buna nə ixtiyarı var. Mən Azərbaycanın bir məntəqəsindən digərinə gedirəm. Ermənilərdən də bir neçəsini gətirib avtomobillərin qarşısına çıxarırlar ki, guya bunu dinc əhali edir. Azərbaycan əsgəri də orada problem yaranmaması üçün gözləmə mövqeyinə keçməyə məcbur olur. Bu Rusiyanın yenidən Azərbaycan torpaqlarını işğal etməsinin sübutudur. Bu barədə cəmiyyət öz etirazını bildirir, ekspertlər fikirlərini səsləndirir. Hakimiyyət qərar qəbul etməli və addımlarını atmalıdır".

SİTAT.İNFO



Xəbər xətti