Ukrayna məsələsi ölkəni qarışdırdı: Putinə qarşı narazılıq PİK HƏDDƏ

14:31 19 Fevral 2022

“Rusiyada keçmiş hərbçilər Putinin siyasətindən narazıdır. Onlar hesab edirlər ki, bu insan Rusiya dövlətini və  xalqını məhv etmək siyasətini həyata keçirir”. 
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq  Qabil Hüseynli Reaksiya TV-nin efirində deyib. 

Onun sözlərinə görə, Rusiyada narazı kəsim bu fikirdədir ki, Ukraynaya qarşı müharibə başlasa , o zaman bu Rusiya dövlətinin və rus xalqının sonunu yaxınlaşdıracaq: “Bu baxımdan ölkədə əhval-ruhiyyə anti-Puti nvə nati-müharibə xarakterlidir. Ukrayna ilə qardaşlıq münasibətlərinin möhkəmləndirilməsini istəyirlər. Slavyan xalqlarının birliyini poza biləcək avantüra olduğunu deyirlər”. 


Poliotoloq vurğulayıb ki, ruslar və ukraynalılar tarixən ortaq mədəniyyətə və dinə sahib qardaş xalqlar olublar: “XI əsrdə ruslar Kiyevin ətrafında ukraynalılarla birgə kiçik bir ərazidə yaşayırdılar, provaslavlığı da ruslarla birgə 988-ci ildə  qəbul ediblər. Rus mədəniyyətini və tarixini Ukrayna xalqının tarixi ilə birləşdirən o qədər ortaq dəyərlər var ki... Məsələləri dərindən təhlil edən biri düşünür ki, qardaş qardaşa niyə silah çəkməlidir”. 


SİTAT.İNFO



Xəbər xətti