"Ramiz Mehdiyev ən strateji yerdə oturub, əlahiddə hüququ var"- Tural Abbaslıdan SENSASİON AÇILQLAMA

19:22 19 Fevral 2022

"Ramiz Mehdiyev getdi deyirlər. Yox, hələ getməyib. Ən strateji yerdə oturub, əlahiddə hüququ var".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri Ağ Partiya sədri Tural Abbaslı bu gün Reaksiya TV-nin efirində səsləndirib.

O bildirib ki, Ramiz Mehdiyevin adı hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurası üzvlərinin arasındadır:

"Olduqca sttrateji yerdir. Ölkənin ən mühüm qurumları oradadır. Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi , Xarici Kəşfiyyat İdarəsi və digər qurumların olduğu Təhlükəsizlik Şurasında Ramiz Mehdiyev də var. AMEA akademiklərin yığışıb inşa yazdıqları bir yerdir, elə də mühüm bir vəzifə deyil. Ən strateji yerdə oturub və istefa verməyib, istefaya göndərilməyib.

Ramiz Mehdiyev gedibmi? Mən dünən də dedim ki, Ramiz Mehdiyev hələ partiyadan çıxarılmayıb. Nəyi gözləyirlər? Əgər bu insan 5-ci kolonun nümayəndəsidirsə, hökumət bu şəxsi gözdən çıxarıbsa, xiyanlı hesab edirsə, necə ola bilər ki, iqtidar partiyasında Ağsaqqallar Şurasında Ramiz Mehdiyev hələ də üzvdür. Orada kabineti olsun".

 

SİTAT.İNFO



Xəbər xətti