Putin gözlənilən addımı atdı, Ukraynaya girmək üçün belə zəmin yaratdı

19:04 21 Fevral 2022

"Gözlənilən baş verir. Rusiya prezidenti Vladimir Putin Donbass separatçılarını tanımağa hazırlaşır".

SİTAT.İNFO xəbər verir ki, politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna sərhəddində baş verənləri qiymətləndirərkən bu sözləri deyib.

Politoloq vurğulayıb ki, ikinci mərhələdə rəsmən "tanınan" separatçılar Rusiyadan hərbi dəstək istəyəcək və Rusiya ordusu Ukraynanın şərqinə daxil olacaq: " Növbəti addım Donbasın Rusiyaya birləşdirilməsi olacaq.

Erməni separatçıları baş verənlərdən həvəslənəcəklər, Qarabağda təxribatların sayının artmasına hazır olmalıyıq. Moskvanın bizə mesajı bu olacaq ki, "mənim dediyimi etməsən, Qarabağla bağlı da oxşar qərar verə bilərəm". Rusiya ilə mənasız müttəfiqlikdənsə həqiqi müttəfiq Türkiyənin Azərbaycanda hərbi varlığını təmin etməliyik".



Xəbər xətti