Makronun vasitəçilik səyləri nəticəsiz qaldı: Bayden- Putin görüşü baş tutmadı

20:51 21 Fevral 2022

"Fransa prezidenti Emmanuel Makronun Moskva ilə Kiyev və Moskva ilə Vaşinqton arasındakı vasitəçiliyi işə yaramadı. Makron aprel ayında keçiriləcək prezident seçkisinə qədər bu vasitəçilikdən faydalanmaq istəyirdi. Ancaq Rusiya prezidenti Vladimir Putin fransalı həmkarının vasitəçiliyinin üstündən yekə bir xətt çəkdi".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin Donbass separatçılarını tanıyacaq və bununla Fransanın da iştirakçısı olduğu Minsk razılaşmalarını tarixə qovuşduracaq: "Kreml sahibi Təhlükəsilik Şurasının iclasında Makronu aşağılamağı da unutmadı: “Gecə saat 2-yə qədər mənimlə telefonla danışıb və deyib ki, guya Vaşinqton maraqlı təklifləri var. Mənim nədir o təkliflər sualıma cavab verə bilmədi”. Makronu hələ bu səviyyədə biabır edən olmamışdı. Putin faktiki deyib ki, Vaşinqton Makronu barmağına dolayıb. Makronun Putinlə ABŞ prezidenti Co Baydeni görüşdürməsi səyləri də nəticəsiz qaldı".

SİTAT.İNFO



Xəbər xətti