Ağ Evdən kəskin bəyanatlar: "Rusiya hərbi əməliyyata başlasa..."

01:34 22 Fevral 2022

Putinin Ukrayna qərarından sonra Ağ Evdən ilk açıqlama gəldi

Rusiya prezidenti Putin Ukraynanın Donetsk və Luqansk şəhərlərinin müstəqilliyini tanıdığını bəyan etdikdən sonra Avropa və ABŞ-dan bir-birinin ardınca bəyanatlar gəlməyə başlayıb.

Ağ Evin ilk bəyanatında deyilir: "Rusiya hərbi əməliyyata başlasa, real iqtisadi sanksiyalar məhz o zaman tətbiq olunacaq".

Açıqlamada həmçinin qeyd olunur ki, sanksiyalardan başqa əlavə tədbilər də olacaq: "Biz bu gün Rusiyanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozması ilə bağlı əlavə tədbirlər də elan edəcəyik".

 Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, Rusiyanın belə bir addım atacağını proqnozlaşdırmışdıq və tez cavab verməyə hazırıq: "Rusiyanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozması ilə bağlı əlavə tədbirləri də bu gün elan edəcəyik. Xəzinədarlıq və Xarici İşlər Nazirləri Donetsk və Luqansk bölgələri ilə bağlı sanksiya qərarını açıqlayacaqlar. Əgər Rusiya hərbi addım atsa, o zaman real iqtisadi sanksiyalar tətbiq olunacaq".

SİTAT.İNFO



Xəbər xətti