"Putin addım-addım SSRİ xəyallarına doğru irəliləyir, qorxaq, ikiüzlü qərb siyasəti isə onun ardınca sürünür" -Ələsgər Məmmədli

10:18 22 Fevral 2022

"Rusiyanın bu addımları artıq heç kimə sürpriz deyil. İmperialist davranışlarından vaz keçməyən aqresiv Putin yönətimi addım-addım köhnə SSRİ xəyallarına doğru irəliləyir... Qorxaq, ikiüzlü qərb siyasəti isə onun ardınca sürünür".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri medi hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 

O bildirib ki, illərdir seperatçı rejimlərə ikili yanaşan qərb siyasətçiləri əslində bu gün olanların bünövrəsini illərdir özləri inşa edib: "Qondarma Dağlıq Qarabağa hər il ABŞ Dövlət Departamentindən milyonlarla vəsait ayıranda, 30 il işğal altında qalan torpaqlarımızı beynəlxalq hüquqa istinad edərək işğaldan təmizləyəndə Ermənistana təcavüz kimi görüb, səsini qaldıran Fransanın, Belçikanın, Niderlandın, Lüksemburqun eyni davranışını Rusiyanın da konkret əmələ çevirəcəyini, özünə sərf edən seperatçı rejim yaradıb, dəstəkləyəcəyini dərk etməli idi..."

Ə.Məmmədlinin sözlərinə görə, Rusiyanın yayılmaçı imperialist siyasətinin ömrü putinlərin ömrü ilə məhdudlaşacaq: "Lakin qərbin ikili standartları, seperatçıların bir hissəsinə "özümünkü", digərinə "işğala vasitəçi" kimi baxması dəyişən kmi görünmür. Ukryna olayları bitər-bitməz yenidən separatçı erməni rejimini gündəmə gətirəcəklərinə özüm kimi əminəm".

SİTAT.İNFO



Xəbər xətti