Azərbaycanın boks üzrə əməkdar məşqçisi koronavirusdan dünyasını dəyişdi

21:49 25 Yanvar 2022

 

Boks üzrə əməkdar məşqçi koronavirusdan dünyasını dəyişib

Boks üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Mahir Hüseynov koronavirus infeksiyasından dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir müddət koronavirusdan müalicə olunan Mahir Hüseynov yerləşdirildiyi tibb müəssisəsində vəfat edib.

Qeyd edək ki, M.Hüseynov Gəncə boks məktəbinin yaradıcılarından olub. Onun tələbələri dünya, Avropa və Azərbaycan çempionu adlarını qazanıb.



Xəbər xətti