450 milyon əhalisi olan 27 Avropa Birliyi ölkəsi bu qışı qaz istehlakını dörddə bir azaldaraq keçirdi .
Bir çox ekspertlər , Avropanın bu qış mövsümündə donacağını və məcbur qalaraq Rusiya ilə masaya oturacağını düşünürdü. Ancaq bu baş vermədi .
Avropa Birliyi Rusiyadakı qazın 40% -ni aldığını və bu qiymətlər ilə də alternativ tədarükçü tapmaqın çətin olacağını öncədən bilirdi .
Bu səbəbdən Avropa ölkələri hələ payız aylarında doğru strateji planlar hazırlayaraq tədbirlər görməyə başladı .
1. Qışdan öncə Avropa artıq qaz anbarlarını tam doldurmağa nail oldu .
2. İnsanlara və müəssisələrə subsidiyalarla kömək edildi.
3. Qaza limitlər tətbiq edərək qənaətə nail oldu .
Bu üç səbəb Avropanın özündən asılı olan amillər idi .
Həmçinin digər başqa bir səbəbdə buna yardımçı oldu . Yenədə hava...
Oktyabr və Noyabr aylarında hava Avropada rekord dərəcədə isti oldu. Həmən aylarda edilən qənaət digər ayları rahat keçirməyə imkan yaratdı .
Eyni zamanda Dekabr-Yanvar aylarıda Avropada gözləniləndən daha isti keçdi .
Hər bir halda, hesab edirəm ki Avropa bu qışın öhdəsindən gəlməyi bacardı .
Avropalılar bundan sonra yalnız ilk qış-qaz döyüşünü deyil, bütün enerji müharibəsini qazanmaq niyyətindədilər .
Avropa Birliyi ölkələri artıq indidən növbəti qışa hazırlaşırlar . Ekspertlər hesab edir ki , Rusiya növbəti il qaz ixracını tamami ilə Avropa üçün bağlasa belə ən pis halda bu 2022-ci il ilə müqayisədə onlara 8% təsir edə biləcək .
Yəni Avropa daha 8% qənaət etməlidir ki donmasın .
Forbes jurnalının məlumatına görə , Aprel ayında Avropada qaz ehtiyatı artıq 55% doldurulmuş vəziyyətdədir . Bu göstəriciləri artıq indidən 2023-2024-cü illərin qış ayları üçün uğurlu hesab etmək olar .
Ancaq bütün bu qənaətlər, subsidiyalar Avropa İttifaqına təxminən 700 milyard dollara başa gəldi .
Avropanın iqtisadiyyatı çətinliklədə olsa bu qışdan uğurla çıxa bildi.
Avropa çətinliklə çıxsada, bu qışı rahat keçirənlərdə oldu .
Rusiyanın qaz embarqosunun təsir etmədiyi ölkələrdən biridə - Amerika Birləşmiş Ştatları oldu .
Tarixən ABŞ-nın Rusiya ilə çox zəif ticarət əlaqələri olub.
İkinci Dünya Müharibəsindən sonra SSRİ və Rusiya ABŞ-ın illik ixrac və idxalının 3%-dən azını təşkil etməkdədir.
Amerika Birləşmiş Ştatları dünyanın ən böyük neft istehsalçısı və Rusiyaya Avropaya enerji resurslarının alternativ təchizatçısı kimi bu qışın qalibi oldu .
Qarşıda bizi 2023-2024 -cü ilin qışı gözləyir .
O vaxta qədər avropada müharibə bitməsə qarşıda Avropanı, onun fonundada bizim kimi digər balaca ölkələri çox çətin günlər gözləyir ...
Siyasi şərhçi Kamran Məmmədli,
Xüsusi olaraq Sitat.info üçün...