Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.
Daha əvvəl Türkiyə mətbuatında "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.