"Uzun müddətdir ki, Ukraynanın planlaşdırılan hücumuna dair informasiyalar dolaşmaqdadır, amma biz hələ bunun şahidi olmuruq".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, bəzən belə bir yanaşma da meydana çıxır ki, Belqradın bombalanması, daha sonra Moskovaya hücumlar, bütövlükdə prosesin Ukraynanın daxilindən Rusiyanın daxilinə keçirilməsi istiqamətində cəhdin olduğunu görürük və bu asimmetrik müharibənin elementidir: "Bu o deməkdir ki, biz meydan müharibəsini planlaşdırırqsa və deyiriksə ki, ağır savaşlar baş verəcək, üz-üzə ordular gələcək. Bəlkə Ukrayna bütövlükdə qeyri-ənənəvi üsullara keçid edir. Məsələn, teror üsulu, pisxoloji-informatik müharibə yolu ilə".
Ə. Əlibəyli qeyd edib ki, bir halda ki, Moskva vurulur, bu ölkənin paytaxtının təhlükəsizliyinin təmin olunmaması anlamına gəlir: "Moskvanın vurulması Putinin vurulması deməkdir. Moskvanın vurulması Kremlin nüfuzunun vuruıması deməkdir. Biz proseslərə bu baxımdan yanaşmalıyıq. Hesab edirəm ki, Ukrayna informasiya müharibəsində böyük ölçüdə dönüş əldə edib. Bu Rusiya üçün yaxşı heç nə vəd etmir".
Ayna Fərhad
Sitat.info