"Hər dəfə Azərbaycan-Ermənistan liderlərinin görüşü ərəfəsindən ermənilər tərəfindən təxribatların şahidi oluruq. 90-cı illərdə bu təxribatlar danışıqlar prosesini pozurdu. Bu gün isə danışıqları pozmur, ancaq prosesin sürətini zəiflədir. Bu təxribatlar olmasaydı, bəlkə də çoxdan sülh əldə olunmuşdu".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
O hesab edir ki, biz bəlkə də yaxın 5-10 il ərzində belə təxribatlarla rastlaşacağıq, buna hazır olmalıyıq: "Sülh müqaviləsi imzalanarsa, bu təxribatlar nisbətən azalacaq , ancaq yenə də olacaq. Məsələn, ermənilər tərəfindən Qarabağda kənd təsərrüfatı işləri görülür. Bizim isə məlumatımız yoxdur, biz orada görülən hər bir işə şübhə ilə yaxınlaşırıq, onları hərbi əməliyyat kimi qəbul edə bilərik. Əslində 99 faiz də hərbi fəaliyyət olur. Əgər sülh müqaviləsi olarsa, o zaman öncədən xəbərdarlıq edəcəklər ki, filan yerdə əkin əkəcəyik. Bizim nümayəndə heyəti də yerindəcə baxış keçirib müəyyənləşdirə bilər. İndi ortada bir razılıq olmadığı üçün , biz hər bir hərəkətə şübhə ilə yanaşacağıq. Ortada şübhə olmaması üçün birbaşa əlaqəni qurmalıyıq".
Sülh müqaviləsi imzalansa və hər iki tərəf orduya heç bir halda atəş açmamaq əmrini versə, bu hələ təxribatların olacağını istisna etmir: "İki mövqenin arasında kiçik bir qrup, üçüncü bir qüvvə atəş açacaq və aradan çıxacaq. Biz isə bir-birimizə atmağa başlayacağıq. Bu da istina deyil. Üçüncü qüvvənin də kim olduğu ayındır. Rusiyanın hansısa təxribat qrupu və ya ermənilərin içidə Rusiyaya işləyən qüvvələr. Belə olanda halda rabitə olmalıdır və atəş açanın kim olduğu dəqiqləşdirilməlidir. Buna doğru gedirik. Müdafiə nazirləri və baş qərargah rəisləri arasında rabitə olmalıdır. Yerlərdə də bu rabitə yaradılmalıdır. Əks halda sülhü qorumaq çox çətin olacaq".
Məğrur,
Sitat.info