Deputatdan sertifikasiya nəticələrinə görə müəllimlərin maaşlarının hesablabması ilə bağlı TƏKLİFLƏR

13:20 17 İyul 2023

"Bizə edilən yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əmək haqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir. Təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyi üçün əmək haqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir: "Sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənəd ilə tənzimlənir. Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var.

Bu baxımdan da, əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir. Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər".

Deputat hesab edir ki, qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu da nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın qiymətləndirilməsi ilə bağlı ekspertlər ilə görüşün keçirilməsi və konstruktiv dialoq əsasında müzakirələrin aparılması məqsədəuyğundur: " Bu metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni imkan ola bilər".

Nərgiz, 

Sitat.info



Xəbər xətti