Erkən nigahlar, doğulan və doğulmayan uşaqlar - Şəhla İsmayıl yazır...

16:14 6 Sentyabr 2023

"Qanunvericilikdə nikah yaşı 18 yaş müəyyən edildikdən sonra erkən nikah hallarında rəsmi azalma müşahidə olunub. Məsələn 2017-ci ildə 317, 2021-ci ildə 137 erkən nikah halı qeydə alınmışdır. Lakin bu sahədə istər rəqəmlərlə, istərsə də, bu fenomenin fəsadları ilə əlaqədar əsaslı narahatlıqlar hələ də də mövcuddur".

Sitat.info xəbər verir ki, bu sözləri  Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyib. 

O statistikanı - "danışan” rəqəmləri diqqətə çatdırıb:

" 2021-ci ildə 15-17 yaş aralığında olan analar tərəfindən doğulan uşaqların sayı – 1650 (yuxarıdakı rəsmi rəqəm bu faktla tam təkzib olunur) ;

- 2021-ci ildə nikahdan kənar doğulan uşaqların sayı - 17566 (anaların yaşları qeyd olunmur);

- 2021-ci ildə qeydə alınmış ümumi abortların sayı – 46877 (cinsə görə təsnifat mövcud deyil);

- 2021-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirib atestat alanların sayı 82852, 2010\2011-ci ildə əyani ümumi təhsil müəssisələrində 1-сi sinif şagirdlərinin sayı 119851. Yəni arada 36999 şagird fərqi var ki, bunların arasında təhsildən yayınma halları da az deyil (burada səbəblərlə bağlı təsnifatlandırma üçün lazımi məlumatlar təəssüf ki, yoxdur)".

Ş.İsmayıl əlavə edib ki, məişət zorakılığı haqda açıqlanan rəqəmlər ancaq cins bölgüsünü ehtiva edir: "Buna görə də erkən nikahlarla əlaqəli məişət zorakılığı hallarını müəyyənləşdirmək mümkün deyil. Lakin ölkədə məişət zorakılığı mövzusunda çalışan qadın təşkilatlarına istinadən, erkən nikah qurbanı olan qadınlar sığınacağa, hüquqi və psixoloji yardım üçün müraciət edənlərin təqribi 30 faizini təşkil edir".

 



Xəbər xətti