"Qəbələ" öz meydanında "Sabah"ı məğlub etdi

18:24 22 Dekabr 2023

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Axar.az xəbər verir ki, cari ilin son turunun ilk oyununda "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Qarşılaşma 1-0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu Murad Musayev görüşün 45+2-ci dəqiqəsində vurub.

Sonuncu pillədə yer alan “Qəbələ” xallarının sayını 14-ə yüksəldib və 9-cu yerdəki “Kəpəz”ə çatıb. “Sabah” isə 22 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları dekabrın 23-24-də baş tutacaq.



Xəbər xətti