Qurban Qurbanovdan Xabi Alonsoya maraqlı hədiyyə - Foto

21:25 24 Yanvar 2024

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

“Qafqazinfo”nun məlumatına görə, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qurbanov görüşdə ispaniyalı həmkarına Qarabağ xalçası hədiyyə edib.

Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.




Xəbər xətti