“AL Market”dən “Səndən ötrü qan verməyə cümlə hazırıq!” aksiyası - ViDEO, FOTOLAR

12:02 31 Yanvar 2024

“AL Market” və Mərkəz Qan Bankının birgə təşkilatçılığı ilə  “AL Market”in mərkəz ofisində “Səndən ötrü qan verməyə cümlə hazırıq!” şüari ilə qanvermə aksiyası həyata keçrilib.

Sitat.info xəbər verir ki, qan ehtiyacı olan həmvətənlərimizə dəstək üçün təşkil edilən kampaniyada əməkdaşlar aktiv iştirak ediblər.

Qanvermə prosesindən öncə Mərkəzi Qan Bankının həkim heyəti müvafiq yoxlanışlar apararaq, uyğun şəxslərdən qan analizləri alındıqdan sonra həyata keçirib.

Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir. “Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “AL Market”lər ailənizin ehtiyacları üçün minlərlə məhsulla xidmətinizdədir.

Videonu təqdim edirik:

\




Xəbər xətti