Hər dövlət texniki baxışı zamanı ödəniləcək utilizasiya haqqının məbləği açıqlanıb.
Sitat.info-nun məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiqləyib.
Qərarla “Yol hərəkəti haqqında” qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.
Qərar sabahdan qüvvəyə minəcək.