Azərbaycanda sosial yardımlar artıb

12:45 2 Fevral 2024

2024-cü ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) məbləği 22,5 faiz artıb.

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ötən ilin yanvar ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 397,2 manat idisə, 2024-cü ilin müvafiq dövründə həmin məbləğ artaraq 486,6 manat təşkil edib.



Xəbər xətti