“Qarabağ” Riçard Almeyda ilə bağlı qərarını verib.
Sitat.info Bizim.Media-ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayacaq.
Futbolçu növbəti mövsüm üçün məşqçilər korpusunun planlarına daxil deyil.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir. O, əvvəl klubdan ayrılsa da, sonradan Ağdam təmsilçisinin sıralarına qayıdıb.