"Rusiya Ukraynanın zəifləməsindən istifadə edərək daha da irəliləyəcək" - Sərdar Cəlaloğlu

14:41 19 Mart 2024

Rusiyada prezident seçkilərini gözlənildiyi kimi yenə Vladimir Putin seçildi və Qərbin sanksiyalarının, Ukrayna ilə müharibənin davam etdiyi bir vaxtda onu daha çətin bir prezidentlik dövrünün gözlədiyi deyilir. 

Onu da qeyd edək ki, Putinin yenidən hakimiyyətə gəlməsi gözlənilən idi. Bəs, Putinin yeni hakimiyyəti dövründə Rusiyanı nələr gözləyir? Hansı dəyişikliklər baş verə bilər?

Bununla bağlı Sitat.info-ya açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, seçkilərdə real namizədlər olmadır, amma Rusiyada seçkilər demokratik, azad, şəffaf keçirilmədi:

"İlk dəfə idi ki, seçkidə Putinə qarşı xalq müqaviməti meydana çıxdı. Putinin əleyhinə yüzminlərlə vətəndaş nümayiş keçirdi, bir çox insidentlər yarandı".

S. Cəlaloğlu qeyd edib ki, bundan sonra da Rusiyanın Ukrayna ilə bağlı siyasətində hər hansı dəyişiklik gözləmir:

"Rusiya Ukraynanın zəifləməsindən istifadə edərək daha da irəliləyəcək. Verilən bəyanatlardan görünür ki, Rusiya digər dövlətlərə də hədə-qorxu gəlir. Beynəlxalq ictimaiyyət ciddi şəkildə Rusiyanı sülhə məcbur etmədiyi müddətcə münaqişə davam edəcək".

Seymur,

Sitat.info



Xəbər xətti