"Ölkədə çevriliş edə bilərlər, Paşinyan onu təcili həbs etməlidir" - Politoloq

17:32 29 Mart 2024

Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.

Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər. Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı.

Məsələ ilə bağlı Sitat.info-ya danışan politoloq Elxan Şahinoğlu bu vəziyyətin Paşinyana baha başa gələcəyini bildirib:

"Seyran Ohanyan bir müddət öncə ordunu baş bazirin əmrlərinə yerinə yetirməməyə çağırmışdı. Paşinyan təkcə baş nazir deyil, həm də ölkənin baş komandanı sayılır. Əslində Paşinyan vaxt itirmədən Seyran Ohanyanı həbs etməlidir. Çünki, qeyri- qanuni konsitutsion çıxış edir, qanunları pozmağa sövq edir.  Burada cinayət əməli var,  amma yenə də zəiflik nümayiş etdirdi. Bu zəiflik Paşinyana baha başa gələcək"

O bildirib ki, Paşinyan Qazaxın kəndlərinin Azərbaycan ərazisi olduğu fikirlərini ortaya atsa da, gözləmə mövqeyinə keçir. Belə olan halda isə bütün qüvvələr ona qarşı birləşərək, fəallaşır:

"Kilsə, "Qarabağ klanı", Rusiyadakı mərkəzlər, radikal müxalifət hərəkətə keçir.

Paşinyan bu məsələ ilə bağlı danışandan spnra həll etsə idi, bu onun üçün təhlükəsizlik təminatı ola bilərdi. Çərçivə sazişinin imzalanması da asanlaşardı. Bu məsələni qaldırdı, 5 apreldə isə Brüsselə gedəcək.

Ölkədə çevriliş edə bilərlər. Ona görə də Paşinyan dediklərini etməkdikcə, özünün vəziyyətini ağırlaşdırır".

Məğrur,

Sitat.info

 



Xəbər xətti