Cənubi Qafqaz qarışacaq: Rusiya Ermənistanda daxili çevriliş edə bilər...

20:26 29 Mart 2024

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan baş naziri Nikol Paşinyanı ikitərəfli münasibətlərin pozulmasında ittiham edib. O qeyd edib ki, Ermənistan Avropa İttifaqına bel bağlamaq istəyir.

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Qərb sadəcə Ermənistandan öz maraqları üçün istifadə edir:

"Paşinyanı hakimiyyətə Qərb gətirib. Təbii ki, burada onun öz maraqları var. Məsələn, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək və bunun fonunda özünün regiondakı təsirini gücləndirmək istəyir". 

Kənan Novruz deyib ki, Ermənistanın Avropa ilə yaxınlığı Rusiyanı qıcıqlandırır: "Rusiya Ermənistana hüquqi müdaxilə edə bilər. Bu Rusiya üçün çox ciddi səhv olar. Çünki Qərbin də istəyi elə budur ki, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açılsın. Ancaq Rusiya bunu başa düşdüyü üçün, Ermənistana hərbi müdaxilə olmayacaq."

Şərhçinin sözlərinə görə, Rusiya Ermənistanda daxili çevriliş edə, Paşinyana sui-qəsd planı hazırlaya bilər.

Türkan, 

Sitat.info



Xəbər xətti