Hökumətin ağ-qırmızı taksi siyasətinin əsasları...

15:20 1 Aprel 2024

Taksilərin rənginə hökumətin limit qoyması məsələsi ötən həftə ciddi müzakirə predmetinə çevrilmişdi. Məlum olduğu kimi, hökumət ölkəyə yeni gətiriləcək taksilər üçün qırmızı və ağ rəng tələbini müəyyən edib və bununla bağlı qərar qəbul edib.

Bütün dünyada aparılan elmi tədqiqatlar isə taksi üçün sarı rəngin məqsədəuyğun olduğunu əsaslandırmışdı. Bu baxımdan hökumətin nə üçün heç bir əsaslandırma olmadan məhz sarı deyil, qırmızı və ağ rəngə üstünlük verməsi cəmiyyətdə suallar yaratmışdı.  AYNA İdarə Heyətinin sədri Anar Rzayev buna münasibət bildirib. Anar müəllim bildirib ki, taksilərin ağ və yaxud qırmızı rəngdə olması şəhərin estetik görünüşünü yaxşılaşdırmaq istəyindən irəli gəlib".

Bu sözləri Sitat.info-ya açıqlamasında ekspert Osman Gündüz deyib. 

 O bildirib ki, bu qərar verilərkən maraqlı tərəflərlə müzakirələr aparılmalıdır: "O, həm də 15 ildən sonra sürücü avtomobilini satmaq istəyərsə sarını satmağın kifayət qədər çətin olacağını da vurğulayıb .Yəni hökumət adı çəkilən qərarı hazırlayarkən şəhərin estetik görünüşünü və taksi sürücülərinin maddi durumunu rəhbər tutub. Hiss olunur ki, qərar layihəsi hazırlanmazdan öncə ciddi "elmi araşdırmalar" aparıblarmış. 

Hökumətin, AYNA-nın nəqliyyat sektorunda, ictimai nəqliyyatda və parklamada uzun illərdən bəri formalaşmış problemlərin həlli və qayda-qanun yaratması istiqamətindəki səyləri anlaşılandır. Bir xeyli müsbət addımları da olub.Amma atılan addımların və qərarların ağlabatan olması üçün gərək maraqlı tərəflərlə birgə müzakirələrə üstünlük də verilsin".

Məğrur,

Sitat.info



Xəbər xətti