"2023-cü ildə xaricilərlə qarşılıqlı iqtisadi əməliyyatlara dair (ödəmələr balansı) statistika açıqlanıb. Məlum olur ki, il ərzində birbaşa investisiya formasında Azərbaycandan xarici ölkələrin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 3 dəfə artaraq 3.1 mlrd. dollara çatıb. Amma ödəmələr balansı statistikası bu artımın nəyin və hansı sektorların (neft və qeyri-neft, əmlak və ya istehsal və s.) hesabına baş verdiyi barədə hər hansı izahedici bir məlumat yoxdur - sadəcə quru rəqəmlər.
Tək bilinən odur ki, bu artım əsasən Türkiyə, ABŞ və Böyük Britaniyaya gedən investisiyalar hesabına baş verib. Türkiyəyə birbaşa sərmayələr az qala 6 dəfə artaraq 1.8 mlrd. dolları, ABŞ-a 4 dəfədən çox artaraq 312 mln. dollara, BB-yə isə 2.5 dəfə artaraq 157 mln. dollara çatıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, il ərzində ölkədən çıxan bütün birbaşa investisiyaların 75 faizə qədəri bu 3 ölkənin payına düşüb: "Qalaq-qalaq tədiyyə balansı statistikası çap elə, amma içərisində bu tip vacib suallara cavab tapacaq tək bir məlumat olmasın.
Qurumun səlahiyyətli şəxslərilə son görüşülərimizdə ödəmlər balansının "xalis" (qalıq və ya saldo) göstəriciləri əsasında, izahatsız və aylıq deyil, rüblük payalaşılmasının faydalı olmadığını dəfələrlə dedik. Amma bu təkliflərin hamısı havada qalıb...".
Məğrur,
Sitat.info