Ukrayna agentləri "Krokus Siti Holl"dakı terror aktından sonra Rusiya cəmiyyətində sabitliyi pozmaq üçün “psixoloji əməliyyatlar” həyata keçirirlər.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna agentləri "Krokus Siti Holl" hücumundan sonra antimiqrant əhval-ruhiyyəsini qızışdırmaqla Rusiya cəmiyyətində sabitliyi pozmaq üçün “psixoloji əməliyyatlar” həyata keçirirlər.
200-ə yaxın etnik qrup və 21 milli respublikadan ibarət olan Rusiyada azlıqlara zülm etmək uzun tarixə malikdir.
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin (CDC) rəhbəri Andrey Kovalenkonun “The Times” qəzetinə verdiyi məlumata görə, Ukrayna üçün Rusiyanın slavyan və qeyri-slavyan etnik qrupları arasında bu gərginlik “münbit zəmindir” ki, onlar arasında fikir ayrılıqları və inamsızlıqdan istifadə etsinlər.
Ukrayna agentləri Rusiyanın yerli Telegram çatlarına sızaraq etnik qruplar arasında müxalifəti gücləndirməyə çalışıblar.
Nərgiz,
Sitat.info