Qusar meşəsində ağacların kəsiləcəyi ərazinin xəritəsi yayıldı - Ekofəallar ölkə başçısına müraciət etdilər

15:00 9 May 2024

"Ekologiya nazirliyi Qusar meşəsi ilə bağlı rəsmi açıqlama yayıb, ancaq belə açıqlama olmur. Cavab yetərsiz və absurddur.

Ağac qorunması üçün nömrələnmir, kəsilməsi üçün nömrələnir. Meşənin içərisindəki yarım tikilidən isə bir söz belə yoxdur açıqlamada.

ETSN in paylaşımı tam olaraq aşağıdakı kimidir. Siz izləyicilər qiymət verin. Bu açıqlama sizi qane edir?"

Bu sözləri ekofəllar "Ecofront" feysbuk səhifələrində yazıblar.

Ekofəallar Qusar meşəsində böyük bir ərazinin məhv edilməsi və orada tikinti aparılaması ilə bağlı sitat.info-ya video və fotolar göndəriblər.

Bildiriblər ki, onların iddialarına ETSN-nin açıqlaması absurddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlaması isə belədir:

"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə sosial şəbəkədə Qusar rayonunda meşəlik ərazidə ağacların kəsilməsi barədə iddialara münasibət bildirərək qeyd edib ki, sosial şəbəkələrdə və mətbuatda gedən məlumatlarla bağlı əməkdaşlarımız dünən və bu gün ərazidə olublar, son aylara aid yeni ağac qırıntısı faktları aşkar edilməyib:

"Sözügedən ərazidə əvvəllər vətəndaşlar tərəfindən ağac kəsilməsi halları qeydə alınıb və tərəfimizdən müəyyən edilərək qanunvericiliyə uyğun tədbir görülüb.

Ərazidə olan bütün ağaclar hələ 2023-cü ildə tərəfimizdən nömrələnib və siyahılar səlahiyyətləri çərçivəsində preventiv tədbir görülməsi üçün yerli icra orqanlarına verilib, həmçinin yeni ağac kəsilməsi faktlarına yol verilməməsi üçün ərazi nəzarətə götürülüb".

Ekofəallar meşədə ağacların soyqırımı ilə bağlı ölkə başçısına müraciət ediblər. Həmin müraciəti təqdim edirik:

"Cənab Prezident,

Yazıb sizdən xahiş edirik ki, Qusar şəhərinə bitişik unikal meşə ərazisinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin korrupsiya əməllərinin qurbanı olmasının qarşısnı alasınız. COP29 və Yaşıl Həmrəylik ilində bunu edənlər müstəsna həyasızlıq göstərirlər.

Cənab Prezident, biz sizin dəyərli vaxtınızı almamaq üçün, belə xırda bir məsələdən ötrü sizi narahat etmək istəməzdik. Təəssüflər olsun ki, son 20 ildə qurduğunuz hökümət strukturu bu cür xırda məsələlərin belə öhdəsindən gələ bilmir. Məsələni dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq artıq bir ildən çoxdur ki, bu meşənin taleyi naməlum olaraq qalır. Bu günlərdə yenidən ağacları kəsib, kötüklərini yerindən çıxarıb gizlətməyə başlayıblar. Biz artıq bu dəfə çarəsizlikdən sizə müraciət edirik". 

Məğrur,

Sitat.info




Xəbər xətti