"Ekologiya Azərbaycanın bir nömrəli strateji problemidir. Azərbaycan siyahıda dünyada adambaşına düşən yaşıllığa görə ən axırıncı, eləcə də, içməli su ehtiyatına görə axırdan 40-cı yerlərdədir".
Bu sözləri Sitat.info-ya ADP sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu deyib ki, içməli suyun təmin olunması da meşə örtüyü ilə bağlıdır:
"Su ehtiyatını artırmaq üçün yaşıllıqların artırılması lazımdır. Meşələr sadəcə olaraq meyvə və odun üçün deyil, həm də hərbi-strateji baxımdan vacibdir. Ona görə də Azərbaycan ərazisini meşəsizləşdirmək hərbi cəhətdən də zəifləməyə gətirib çıxarır. Meşə örtüyü dövlətin təhlükəsizliyi ilə bilavasitə əlaqəli bir məsələdir".
O qeyd edib ki, meşə örtüyünün qorunması ilə bağlı ciddi qərarlar verilməlidir:
"Yaşıllığa, təbiətə vurulan ziyan üçün cərimələr müəyyən olunmalı, lazımi qurumlar bununla bağlı ciddi addımlar atmalıdır".
Kənan Yusif
Sitat.info