"Kreml Azərbaycan və Ermənistan arasında sülhün qarşısını ala bilmir" - Məhəmməd Əsədullazadə

12:22 10 May 2024

"Rusiya Ermənistanda Kilsənin başlatdığı etiraz aksiyalarına maksimum dəstək verir. Prosesdə Robert Köçəryan da aktiv şəkildə fəaliyyət göstərir. Əsas olan N. Paşinyanı devirmək və Azərbaycanla sülhə mane olmaqdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, hazırda Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında sülhün qarşısını ala bilmir: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlandıqdan sonra Rusiya Ermənistanı tərk etməli olacaq. Ona görə də Rusiya rəhbərliyi öz imperiya və işğalçı siyasətinin Cənubi Qafqazda uğursuzluğunu qəbul etmək istəmir".

M.Əsədullazadə vurğuladı ki, bu gün Rusiya rəhbərliyinin apardığı siyasət dünya üçün əsas təhlükədir:  "Rusiyanın Ukraynada işğalçı və raşizm siyasətinin qarşısı alınmasa Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz Rusiyadan asılı vəziyyətə düşəcək. Ölkəmizdə də rusbaşlar Kremlin Ukraynada qalib gəlməsini və Azərbaycanı da işğal etməsini gözləyir. Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət bu kimi məlunların arzularını qursağında qoyur. Gürcüstanda və Ermənistanda siyasi prosesləri gərginləşdirən Rusiyadir".

Seymur,

Sitat.info



Xəbər xətti