Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının rəqibləri bəlli olub.
Sitat.info əbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizdən "Sumqayıt" "Fehervar" (Macarıstan) kollektivi iləqarşılaşacaq.
Samir Abasovun yetirmələri ilk oyununu evdə keçirəcək.
"Sabah" isə İsrail təmsilçisi "Makkabi" (Hayfa) ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünü səfərdə oynayacaq.
Bundan başqa, UEFA Avropa Liqasında “Şerif” – “Zirə” cütünün məğlubu Konfrans Liqasında "Dunayska Ştreda" (Slovakiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək.