Dezinfeksiyadan 7 qadın zəhərləndi

12:07 25 İyun 2024

Sumqayıtda dezinfeksiyadan zəhərlənən yeddi nəfərdən ikisi Kliniki Tibbi Mərkəzə təxliyə olunublar.

Sitat.info xəbər verir ki, bu barədə Oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda bildirilir ki, 24.06.2024-cü il tarixində saat 12:30-dan etibarən 7 nəfər (qadın) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib:

"Həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib. Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar".



Xəbər xətti