"Səbail"dən inamlı qələbə

20:00 5 Oktyabr 2024

Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.

IX turun növbəti oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada yer alır.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib



Xəbər xətti