Sabah"ın kapitanı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq

11:48 7 Oktyabr 2024

Azərbaycan millisinin heyətindən kənarlaşdırılan "Sabah" klubunun kapitanı Elvin Camalov təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə "Report"a klubun mətbuat katibi Elnir Həmidov məlumat verib.

29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la oyunda (1:1) zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacaq.

Qeyd edək ki, Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət edilib.



Xəbər xətti