Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən " Örebro Masters - Nordic Championships" beynəlxalq turnirində qızıl medal qazanıb.
Sitat.info xəbər verir ki, ölkəmizlə yanaşı İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuran Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində pley-offa yüksəlib.
Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn təmsilçimiz həlledici qarşılaşmada İsveç idmançısı Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.