2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.
Sitat.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il sentyabrın 1-i ilə müqayisədə 1,5% və ya 6,9 milyon manat çoxdur.
İlin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,8% artıb, ötən ilin eyni dövrünə nisbətən 7,5% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.