200-dən çox psixoloq Trampa diaqnoz qoydu: Bədxassəli narsisizm, şəxsiyyət pozuntusu...

09:42 25 Oktyabr 2024

ABŞ-da 200-dən çox psixoloq açıq məktub dərc edərək, keçmiş prezident Donald Trumpda "ağır, sağalmaz şəxsiyyət pozuntusu" olaraq təyin olunan "bədxassəli narsisizm" əlamətlərinin olduğunu qeyd ediblər. 

Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Anti-Psychopath Pac siyasi təşkilatı tərəfindən maliyyələşdirilən bu xəbər, New York Times-da bütöv bir səhifədə dərc olunub və Trampın "demokratiya üçün ekzistensial təhlükə" olduğunu vurğulanıb. 

Məktubda bildirilib ki, Psixi problemlərin Diaqnostik və Statistik Təlimatının (DSM V) diaqnostik meyarlarına əsasən, Tramp sosial normalara əməl etməmək, təkrar yalan danışmaq, başqalarının təhlükəsizliyinə etinasızlıq  və peşman olmamaq kimi davranış pozuntusu göstərib.

Ekspertlər bu davranışların Trampı aldadıcı, dağıdıcı və təhlükəli” etdiyini bildiriblər.

Daha sonra Amerika Psixiatriya Dərnəyi, birbaşa diaqnozu olmayan insanların psixiatrik qiymətləndirmələrinin qeyri-etik olduğunu bildirən Qoldoter qaydasına diqqət çəkdi.

Lakin məktubda Trampın "minlərlə saat ərzində müşahidə edilən" davranışının ekspertlər tərəfindən aşkarlana bilən aydın detallar verdiyi iddia edilib.

 Məktubda həmçinin bildirilirdi ki, Trampda koqnitiv geriləmə əlamətləri var və o, “tam nevroloji müayinədən keçməlidir”.

Digər tərəfdən, Trampın rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harris Trampı “qeyri-sabit və əqli cəhətdən zəif” kimi xarakterizə edib.

ABŞ-da prezident seçkilərinə sayılı günlər qaldığından Trampın sağlamlıq durumu, yaşı və keçmiş iddiaları müzakirələrin mərkəzində qalmaqda davam edir.

Nərgiz,

Sitat.info



Xəbər xətti