"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone fəlakətli daşqınlardan sonra bu həftə üçün planlaşdırılan oyunların təxirə salınmasını təklifini irəli sürüb.
Baş verənlər bizim üçün ağrılıdır, kömək etmək üçün əllərində kürəklə küçələrə çıxanları görmək bizi məyus edir. Biz də əlimizdən nə gəlirsə, kömək etmək istəyirik". Çox çətin anlar yaşayan insanlar var, bu çox kədərlidir"
"Barselona"nın baş məşqçisi Hansi Flik də sabah Espanyol ilə oyun da daxil olmaqla, bütün idman növlərini dayandırmağa çağırıb:
Bu Valensiya və bütövlükdə İspaniya üçün inanılmaz faciədir".
Ferran Torres ilə danışdıq və oyunun keçirilməli olub-olmamasına qərar vermək asan deyil.
Mənim üçün bu faciədir. Üç il əvvəl Almaniyada da buna bənzər bir şey olmuşdu, bu, dəhşətlidir. Biz kömək etmək üçün əlimizdən gələni edəcəyik. Qalanı LaLiga qərar verməlidir".
Qedy edək ki, həftəsonu "Valensiya" - "Real Madrid" və "Vilyarreal" - "Rayo Valyekano" baş tutmalıdır.
Seymur,
Sitat.info