Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin IV tur oyununda "Budyo Qlimt"lə görüş üçün Norveçə yola düşüb.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Avropa Liqasının "Budyo Qlimt"lə oyununa iki gün əvvəldən yollanıb.
Turnirin Liqa mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri Budyo təmsilçisi ilə noyabrın 7-də qarşılaşacaqlar. IV turun matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində keçirdiyi ilk üç oyunda məğlub olub. Ağdam klubu "Tottenhem"ə səfərdə 3:0, "Malmö" və "Ayaks"a evdə müvafiq olaraq 1:2 və 0:3 hesabı ilə uduzub.