UEFA Avropa Liqasının dördüncü turunun ən yaxşı qolu müəyyənləşib.
Oxu.Az UEFA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramovun "Budyo-Qlimt"in qapısına vurduğu qol ən yaxşı qol olaraq seçilib.
Sol cinah müdafiəçisi dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Xatırladaq ki, namizədlər arasında Toralla yanaşı "Qalatasaray"dan Yunus Akgün, "Ayntraxt"dan Omar Marmuş və "Ludoqorets"dən Erik Markusun qolları da var idi.