Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun nəticələrini və Maya Sandunun qələbəsini təsdiqləyib.
Sitat.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, Moldova Mərkəzi Seçki Komissiyası protokolların nəticələrini açıqlayıb.
Belə ki, ikinci müddətə namizədliyini irəli sürən Maya Sandu prezident seçkilərində 55,33%, Aleksandr Stoyanoqlo 44,67% səs toplayıb./Musavat