İsveç hökuməti “Patriot” zenit-raket kompleksi üçün raketlərin sayını artırmağı və bunun üçün 5 milyard kron (450 milyon dollar) ayırmağı planlaşdırır.
Sitat.info Azərtaca istinadən xəbər verir ki, İsveçin müdafiə naziri Pol Yonson bu barədə TV4 telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsveç digər ölkələrlə birlikdə 1000-dən çox “Patriot” raketi almağı qərarlaşdırıb və hazırda həlledici məqam yetərli sursat ehtiyatı yaratmaqdır. Avropa ölkələri “Patriot” hava hücumundan müdafiə sisteminə ümumilikdə təxminən 5,5 milyard dollar xərcləyəcək.
“Ukraynadakı müharibə təcrübəsi göstərir ki, “Patriot” hava hücumundan müdafiə sistemi üçün çoxlu raket sərf olunur. Çünki Rusiyanın həm təyyarələri, həm də ballistik və qanadlı raketləri var”, - deyə müdafiə naziri əlavə edib